`Obama Əsədin getməsini istəmir`- Medvedyev

 `Obama Əsədin getməsini istəmir`- Medvedyev
  15 Oktyabr 2014    Oxunub:2104
ABŞ artıq Suriya prezidenti Bəşər Əsədin getməsində təkid etmir.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedyev bildirib.

“Mən bildiyim qədər ABŞ artıq Bəşər Əsədin hakimiyyətdən getməsinə təkid etmir. Əgər açıq danışsaq ABŞ Suriya Respublikası rəhbərliyi ilə separat əlaqələr qurmağa cəhd edirlər”, - deyə Dmirti Medvedyev “CNBC” telekanalına müsahibəsində qeyd edib.

Medvedyev həmçinin vurğulayıb ki, İŞİD və digər terror təşkilatlarına qarşı birgə anti-terror əməliyyatları Suriya mərkəzi hakimiyyəti ilə razılaşdırılmaldır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti