ABŞ və Rusiya İŞİD-ə qarşı birləşir
Görüşdə əsas müzakirə mövzusu Ukrayna böhranı, Yaxın Şərqdə münaqişə və Ebolaya qarşı mübarizə məsələləri müzakirə olunub. Üç saata qədər davam edən görüş pozitiv əhval-ruhiyyədə keçib.
Görüşdə Yaxın Şərqdə böhrana səbəb olan İŞİD-ə qarşı birgə mübarizə aparmağa dair şifahi razılığa nail olub.
“Bu gün bizim hədəfimiz – birlikdə işləmək imkanlarımızı genişləndirməkdir: Rusiya ilə birlikdə işləmək bizim ölkələrimizin və işləyəcəyəmiz regionun maraqlarına cavab verəcək”, - deyə Con Kerri rusiyalı həmkarı ilə görüşlərin yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Əgər ABŞ və Rusiya birlikdə işləyə bilsə, dünya daha təhlükəsiz olar”, - deyə Kerri vurğulayıb.
Eldar Tanrıverdiyev