İŞİD bu dəfə futbola girişdi

İŞİD bu dəfə futbola girişdi
  15 Oktyabr 2014    Oxunub:2875
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı futbol çempionatı keçirəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Alfajer” televiziya kanalı vasitəsilə bu xəbəri elan edən İŞİD-çilər qeyd ediblər ki, çempionat ayın axırına qədər Liviyada təşkil olunacaq:

“Çempionat Liviyanın Derna şəhərində keçiriləcək. Təhlükəsizlik məqsədilə dəqiq tarix açıqlanmır. Yarışlara Əfqanıstan, İraq, Misir, Suriya və Liviyadan olan futbolçular qoşulacaq. Bu idmançıların əksəriyyəti İŞİD-ə qoşulmadan əvvəl peşəkar idmanla məşğul olublar. Bizim çempionatda oyunların qaydaları fərqli olacaq. Şəriətə əsaslanan yeni qaydalar müəyyən olunacaq”.

İŞİD-çilər belə bir çempionatı niyə təşkil etdiklərini belə izah edib: “Bu addımı atmaqda məqsədimiz təşkilatın fəaliyyətinə daha çox diqqət cəlb etmək və sıralarımıza yeni üzvlər cəlb etməkdir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti