Obama İŞİD əleyhdarları ilə görüşüb

Obama İŞİD əleyhdarları ilə görüşüb
  15 Oktyabr 2014    Oxunub:1206
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama anti-İŞİD koalisiyasına qoşulan ölkə nümayəndələri ilə görüşüb.
Merilend ştatında baş tutan görüşə 20-dən çox koalisiya nümayəndəsi qatılıb. Görüşün məqsədi İŞİD-ə qarşı güc nümayiş etdirmək olub. Barak Obama Endryuz hərbi bazasında çıxışı zamanı anti-İŞİD koalisiyası tərkibində 60 ölkənin əməkdaşlıq etdiyini deyib. "Bu, bütün dünyanın İŞİD-ə qarşı çıxdığını göstərən bir əməliyyatdır" - deyə Obama qeyd edib.

"Bu kampaniya çərçivəsində güc strukturlarının bütün imkanlarından istifadə etməliyik. İraq və Suriyada İŞİD tərəfdən döyüşlərə cəlb olunan insanların fərqli düşüncə tərzini formalaşdırmaq üçün tədbirlər görməliyik"

Amerika hərbi rəhbərliyi bir qədər əvvəl İŞİD-ə qarşı hava mübarizəsinin təsirsiz olduğunu, İŞİD-in tez-tez taktika dəyişdirərək mülki insanlar arasında gizləndiyini etiraf etmişdi.

/anspress/


Teqlər:





Xəbər lenti