İtaliya mətbuatı ermənilərin halına acıdı

İtaliya mətbuatı ermənilərin halına acıdı
  15 Oktyabr 2014    Oxunub:1635
İtaliyanın aparıcı xəbər saytları son günlərdə Ermənistanda cərəyan edən kütləvi etiraz aksiyaları ilə bağlı yazılar yayıb.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, həmin yazılarda qeyd olunur ki, bir neçə gün bundan əvvəl Yerevanda 10 minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirib.

Ermənistan xalqının əksəriyyəti həyat standartlarından narazıdır. Bu etirazlar əsasən ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik və qanunsuzluq hallarına qarşı yönəlib. Ermənistanda işsizliyin səviyyəsi hər ay artır və vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalırlar.

Bu etirazların həm də Dağlıq Qarabağ münaqişəsi ucbatından Ermənistanın çətin duruma düşməsindən qaynaqlandığı vurğulanan yazılarda bildirilir ki, 1990-cı illərdə baş verən müharibə nəticəsində on minlərlə insanın həyatına son qoyuldu.

Azərbaycana məxsus torpaqlarda beynəlxalq birlik tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası” yaradıldı. Ermənistan Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayır. Bu vəziyyət 20 ildən artıqdır ki, davam edir. Bütün bunlara baxmayaraq, Ermənistandan fərqli olaraq Azərbaycanda dinamik iqtisadi inkişaf prosesi gedir.
Məqalələrin bəzilərinin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:

https://azvision.az/redirect.php?url=http://www.termometropolitico.it/1141184_armenia-proteste-scelte-obbligate.html

https://azvision.az/redirect.php?url=http://www.notiziegeopolitiche.net/?p=45307


Teqlər:





Xəbər lenti