Emin Hüseynov `dala atdı`

Emin Hüseynov `dala atdı`
  14 Oktyabr 2014    Oxunub:2200
RATİ-nin yoxa çıxan rəhbəri Emin Hüseynovun verdiyi bəyanatla bağlı yeni məlumat yayılıb.
AzVision.az xəbər verir ki, yenə eyni ünvandan - [email protected] mətbuat nümayəndələrinin elektron poçtlarına məktub göndərilərək jurnalist Xədicə İsmayılla bağlı bəyanatın Emin Hüseynov tərəfindən deyil, RATİ tərəfindən verildiyini qeyd edilib:

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən 14 oktyabr 2014-cü il saat 16:29-da yayılmış əvvəlki ismarıcda səhvə yol verilib.

"Azərbaycanın aparıcı araşdırmaçı jurnalistinə qarşı repressiyaya son qoyun" adlı bəyanat Emin Hüseynov tərəfindən deyil, RATİ tərəfindən hazırlanıb yayılmışdır.

Bəyanatdakı fikirlər RATİ-yə məxsusdur.

RATİ Emin Hüseynovla onun 8 avqust 2014-cü ildə yoxa çıxmasından bəri əlaqə saxlamamışdır.

Narahtlığa görə üzr istəyirik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti