ASN 3 yaşını qeyd edib

ASN 3 yaşını qeyd edib
  14 Oktyabr 2014    Oxunub:1292
10 oktyabr tarixində Azərbaycan Tələbə Şəbəkəsi Berlində yerləşən Forum Factory klubunda 3 yaşını qeyd edib. Gecədə qonaqlara adı çəkilən şəbəkənin 2014-2015 illərindəki fəaliyyətini əks etdirən kitab təqdim olunub.

Tədbirdə çoxsaylı ASN üzvləri, tələbələr və şəbəkənin əməkdaşlıq etdiyi tərəfdaşlarla yanaşı, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər. ASN Praqa komandası da bu möhtəşəm mərasimə qoşulmaq üçün Çexiyadan uzun bir yol qəth etmişdi.

Gecədə öncə Azərbaycan Tələbə Şəbəkəsinin Berlin və Praqa nümayindəliklərinin sədrləri qonaqları salamladqdan sonra, qısaca şəbəkənin fəaliyyəti haqqında məlumat verdilər. Rəsmi hissə bitdikdən sonra, Avstriya kökənli musiqiçi Petra Nachtmanova öz əsrarəngiz saz ifası və “Xalq ulduzu” lahiyəsindən tanıdığımız məşhur müğənni Şahvələd Nağıyev öz möhtəşəm səsi ilə qonaqları heyran etdiər.

Azərbaycan Tələbə Şəbəkəsinin SAZ layihəsindən tanınan Petra Nachtmanova qonaqların böyük marağına səbəb oldu və ona da qeyd edək ki, SAZ layihəsi hələ də davam etməkdədir və bununla bağlı son məlumatları ASN-in veb səhifəsindən əldə etmək olar. Gecə Azərbaycan və qərb musiqilərinin sədası atında davam etdi.

Azərbaycan Tələbə Şəbəkəsi olaraq bizi bu əlamətdar günümüzdə yalnız qoymayıb,bizə qoşulan hər kəsə minnətdarlığımızı bildiririk!



Teqlər:  





Xəbər lenti