Ali Rada qarşısında toqquşmalar

Ali Rada qarşısında toqquşmalar
  14 Oktyabr 2014    Oxunub:1574
Ukrayna Ali Radası qarşısında millətçilər və hüquq mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Ukrayna üsyançı ordusunun tanınmasını tələb edən etirazçıları parlament binası istiqamətinə Molotov kokteylləri atırlar.

Hüququ mühafizə orqanları əməkdaşları Radaya olan əsas girişi mühasirəyə alıblar. Etirazçılar əllərindəki taxta və dəmir parçaları ilə polisə hücum edirlər.

Qeyd edək ki, Bu gün Ukrayna Ali Radası Böyük Vətən müharibəsi illərində Ukrayna üsyançı Ordusunun fəaliyyətinin tanınması haqqında qanun layihəsinə baxmaqdan imtina edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti