Nazarbayev “Yeni SSRİ”nin yaradılması barədə sazişi imzaladı

Nazarbayev “Yeni SSRİ”nin yaradılması barədə sazişi imzaladı
  14 Oktyabr 2014    Oxunub:2538
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması haqqında sazişi imzalayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadın xəbər verir.

Qeyd edək ki, Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları oktaybrın 9-da Aİİ yaradılması haqqında sazişi təsdiqləmişdi.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti