“TANAP Azərbaycan-Türkiyə əlaqələrinin göstəricisidir”

“TANAP Azərbaycan-Türkiyə əlaqələrinin göstəricisidir”
  14 Oktyabr 2014    Oxunub:1676
Trans Anadolu qaz kəməri (TANAP) Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunun aşkar göstəricisidir.
AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu TANAP layihəsinə boruların tədarükü ilə bağlı sazişi imzalayarkən bildirib.

Layihəni boru ilə daha əvvəl tenderdə qalib gələn Türkiyənin Borusan “Mannesmann”, “Noksel Çelik Boru”, “Erciyas Çelik Boru” şirkətləri çatdıracaq.

Davudoğlunun sözlərinə görə, Türkiyənin Azərbaycanla həyata keçirdiyi layihələr nəinki iki ölkə üçün, həm də ümumilikdə bütün region üçün əhəmiyyətlidir: “Bir çox ölkələrdə iqtisadi böhrana baxmayaraq Azərbaycan və Türkiyə böyük iqtisadi layihələr həyata keçirə bildi”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti