Yeni müdafiə naziri təyin edildi

Yeni müdafiə naziri təyin edildi
  14 Oktyabr 2014    Oxunub:1496
Ukrayna Ali Radası Stepan Polatrakı müdafiə naziri təyin edib.
AzVision.az Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə qərara Ali Radanın saytında yerləşdirilib.

Qeyd edək ki, Polatrakın müdafiə naziri postuna namizədliyini şəxsən ölkə prezidenti Pyotr Poroşenko irəli sürmüşdü. Onun sözlərinə görə, Polatrakın “müdafiə sektorunda silahatlar aparmaq üçün böyük planları var” və o, anti-terror əməliyyatlarında iştirak edən əsgərlər arasında da böyük nüfuza malikdir.

Stepan Polatrak müdafiə naziri təyin olunana qədər Ukrayna Milli qvardiyasına rəhbərlik edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti