Türkiyədə 270 kürd terrorçu həbs edildi
Saxlanılan yaraqlıların hamısı PKK-nın Suriya qolunun düşərgələrindəki təlimlərdə iştirak edib.
Hazırda onların Türkiyəyə keçmə səbəbləri araşdırılır.
Qeyd edək ki, İŞİD terror təşkilatının Suriyanın Kobani şəhərinə hücumu Türkiyədə kürdlərin etirazına səbəb olub.
Onlar İŞİD-lə mübarizə aparan kürd özünümüdafiə qüvvələrinə kömək göndərilməsini tələb edir, Türkiyə hökumətini Kobanidəki vəziyyətə laqeyd yanaşmaqda ittiham edirlər. Bundan sonra BDP millət vəkilləri Səlahiddin Dəmirtaş Türkiyədə yaşayan kürdləri etiraz aksiyaları keçirməyə çağırmışdı.
Türkiyədə İŞİD-in Kobaniyə hücumuna etiraz aksiyalarında 35 nəfər ölmüşdü.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında 2 nəfər polis də var.
Diyarbakırda 10, Mardində 6, Siirtdə 5, Adanada 1, Van, Batman və Muş vilayətlərinin hər birində 1 nəfər olmaqla ötən gecə baş verən aksiyalarda 25 nəfər ölüb. Bingöl vilayətindəki qarşıdurmalarda isə ikisi polis olmaqla 100 nəfər həlak olub.
Eldar Tanrıverdiyev