Obama və Olland İŞİD-ə qarşı birləşir

Obama və Olland İŞİD-ə qarşı birləşir
  14 Oktyabr 2014    Oxunub:1586
ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Ollandla İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı birgə mübarizə məsələlərini müzakirə edib.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

“Liderlər regionda İŞİD-ə qarşı mübarizə məsələlərini müzakirə edib, həmçinin koalisiya üzrə tərəfdaşların İŞİD təhlükəsinə qarşı daha effektiv mübarizə aparmasının vacibliyini vurğulayıb”, - deyə Ağ Evin prezidentlərin telefon danışığına dair yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti