Türkiyə oyuna gəlməməlidir...

Türkiyə oyuna gəlməməlidir...
  13 Oktyabr 2014    Oxunub:3722
Seymur Süleymanov

Suriyanın şimalında kürdlərin yaşadığı Kobanini İŞİD terror qruplaşması getdikcə daha çox ələ keçirir. Kobanidəki kürdlərləTürkiyədə yaşayan kürdlər arasında qohumluq əlaqələri mövcuddur. Və Kobanidə yaşananlara Türkiyədəki kürdlər də güclü reaksiya verirlər.


İŞİD-in Kobanidə terror törətməsindən dolayı, orada yaşayan kürdlər Türkiyəyə üz tuturlar. Türkiyə ərazisinə keçənlər və orada yaşayan kürdlər Türkiyə hökumətindən Kobani üçün kömək istəyirlər. Hökümət də Suriya ilə sərhəd bölgəsinə çoxlu əsgər və hərbi texnika yığıb.

Türkiyə hökuməti beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyini bildirib. İndiki halda BMT və NATO ilə birgə hərəkət etdiyindən, Türkiyənin təkbaşına Kobaniyə girmək səlahiyyəti yoxdur. Kürdlər də Kobanidə Türk əsgərlərini istəmir.

Kobani Türkiyənin nəyinə lazımdır? Nəyə görə Türkiyə kürdlər üçün şəhid versin?! Niyə kürdlərə əsgəri yardım etməlidir ki?! Necə ki, kürdlər indi hökumətə qarşı meydanlarda at oynadırlar, Kobanidə İŞİD-ə qarşı o atların oynatsınlar. Türkiyə, ordusunu küçədən tapmayıb!

Bu hadisələrdə hökumətin səhvi böyükdür. Suriyada savaş başlayanda Ərdoğan Suriya xalqına sərhədi açdı, 2 milyona yaxın suriyalı Türkiyəyə axışdı. Onlar bu gün hökumətə qarşı meydanlara çıxanlardır. Məqsəd Türkiyəni çökdürmək, İŞİD-lə müharibəyə sürükləməkdir. Və bu məqsədlərini başqaları tərəfindən həyata keçirmək istəyirlər. Türkiyə isə bu oyuna girməməlidir.

Davudoğlu bu oyuna qoşulmaq üçün Amerikaya şərt qoyur: deyir, oyunda Bəşər Əsədi devirmək varsa, biz varıq. Bu, yanlış fikirdir. Suriyanın taleyindən sənə nə?!

Amerika PKK terror qruplaşmasını terror siyahısından çıxarmaq, Abdullah Öcalanı sərbəst buraxdırmaq istəyir.Türkiyənin içində PKK-çılar, HDP kimi siyasi yolu bəlli olmayan partiyalar çoxdur. Dağdan şəhərə düşənlər meydan sulayır. Əvvəllər PKK və HDP güclü olduqlarını hər dəfə dilə gətirirdilər. İndi o güclərini Kobanidə göstərsinlər...


Teqlər:





Xəbər lenti