İŞİD Türkiyə sərhədinə raket atdı

İŞİD Türkiyə sərhədinə raket atdı
  13 Oktyabr 2014    Oxunub:1964
İraq Şam İslam Dövləti (İŞİD) Türkiyə sərhəddində terror aktı törədib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya İnsan Haqları təşkilatının yaydığı məlumata görə, partlayış Suriyanın Kobani şəhərinin şimal hissəsində, şəhərin iki kilometrliyində baş verib. Bomba ilə dolu olan maşın partladılıb.

`Doğan` xəbər agentliyinin məlumatına görə, İŞİD-çilər Mürşitpınar sərhəd xətti yaxınlığında bomba yüklənmiş maşını raketlə vurub. Buna görə də partlayışdan sonra qalxan duman sərhəd xəttində görülüb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti