Lukaşenkodan MƏSLƏHƏT: Rusiyasız həyatı unudun

Lukaşenkodan MƏSLƏHƏT: Rusiyasız həyatı unudun
  13 Oktyabr 2014    Oxunub:2752
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, onun ölkəsi Rusiyadan əlaqələri kəsmək niyyətində deyil.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

“Biz özümüzü Rusiyadan kənarda görmürük. Əgər biz bütün təhlükələrə qarşı birlikdə mübarizə aparsaq, onda biz qalib gələ bilərik”, - deyə Lukaşenko bildirib.

Belarus prezidenti həmçinin əlavə edib ki, Rusiya ilə əlaqələrin əsasında iqtisadiyyat dayanir: “Əgər biz ticarət-iqtisadiyyat sahəsində normal şəkildə irəliləsək, onda heç bir qasırğa və fırtına bizi qorxutmaz”.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə hər üç dövlətin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqının və artıq buna qədər Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqının təsisçiləridir. Bu dövlətlərin başçıları Ali Avrasiya İqtisadi Şurasında təmsil olunurlar. Sözügedən şura Avrasiya İqtisadi İttifaqını və Gömrük İttifaqını idarə edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti