Ukrayna MDB-dən çıxır

Ukrayna MDB-dən çıxır
  13 Oktyabr 2014    Oxunub:2202
Ukrayna parlamenti oktyabrın 12-i MDB-nin yaradılması haqqında sazişin dayandırılması haqqında qanun layihəsini qeydiyyata alıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna Ali Radasının saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd edək ki, Ukraynanın MDB-yə üzvlüyünün dayandırılması məsələsi son aylar ərzində aktiv şəkildə müzakirə olunur. Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 10-u MDB hökumət başçılarınən Belarusun paytaxtı Minskdə keçirilən iclasında da iştirak etməyib. Sammitdə Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti