Azərbaycanlı iş adamı Ərdoğan ailəsi üçün məktəb tikdirdi
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın böyük qardaşı Həsən Gülbaranın yoldaşı Səadət Gülbaran yeni dərnək (təhsil müəssisəsi) açıb. Həmin təhsil müəssisəsinin maliyyə xərclərini isə azərbaycanlı iş adamı Rza Zərrab üzərinə götürüb.
Məktəbin girişində “Bu məktəb xeyriyyəçi iş adamı Rza Zərrab tərəfindən inşa edilib” lövhəsi vurulub.
Qeyd edək ki, Zərrab ötən il korrupsiya əməliyyatı zamanı həbs edilmiş və bir müddət sonra azadlığa buraxılmışdı.
Teqlər: