Qazaxıstanda 4 azərbaycanlı tutuldu

Qazaxıstanda 4 azərbaycanlı tutuldu
  13 Oktyabr 2014    Oxunub:1648
Qazaxıstanda Xəzər dənizində brakonyerlik edən 4 Azərbaycan və bir Qazaxıstan vətəndaşı saxlanılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik komitəsinin Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir.

Saxlanılan şəxslərdən üç gəmi və nərə cinsindən olan 71 balıq müsadirə olub.

“Dövlət sərhədinin pozulması faktı qeydə alınandan sonra keçirilən əməliyyat zamanı 4 Azərbaycan vətəndaşı saxlanılıb. Qazaxıstan sərhədçiləri üç ədəd “Yamaxa -200” mühərrikilə təchiz olunan “Bayda” tipli qayıq müsadirə olunub. Brakonyerlər sərhədçiləri gördükdən sonra tutduqları balıqları dənizə atıblar”, - deyə Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti