Putin və Ərdoğan İŞİD-ə qarşı birləşir

Putin və Ərdoğan İŞİD-ə qarşı birləşir
  13 Oktyabr 2014    Oxunub:2497
Rusiya prezidenti Vladimir Putin Türkiyə həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı “İraq və Şam İslam Dövləti” terror təşkilatına qarşı mübarizə məsələlərini müzakirə edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Telefon danışığı zamanı beynəlxalq və regional məsələlər müzakirə edilib. Prezidentlər xüsusilə İŞİD terror təşkilatından qaynaqlanan təhlükələrə xüsusi diqqət ayırıb”, - deyə Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumata bildirilir.

Bundan əlavə tərəflər ikitərəfli iqtisadi və siyasi əlaqələri müzakirə edib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti