`6 yaşlı uşağımı itirmişəm`- Davudoğlu kövrəldi

`6 yaşlı uşağımı itirmişəm`- Davudoğlu kövrəldi
  13 Sentyabr 2014    Oxunub:1805
Türkiyənin baş naziri Əhməd Davudoğlu TV 24 kanalına müsahibəsində 6 yaşında dünyasını dəyişmiş uşağından danışıb.
AzVision.az xəbər verir ki, Şişlidə liftdə baş verən bədbəxt hadisədən söz açan Davudoğlu liftdə ölən işçilərdən birinin atasının onu tənqid etməyini təkzib edib: “Bu iddia əsassızdır. Mən də Malaziyada çalışdığım vaxtda başıma belə hadisə gəlib. Mən də 6 yaşlı uşağımı itirmişəm. Bu hadisə mənim içimdə hələ də ağrıdır. Əzab çəkən ana-atanın şikayət etməyə haqqı var”.

Liftdə baş verən qəzadan sonra həlak olanlardan birinin atası ilə Əhməd Davudoğlu arasındakı dialoqun mətbuata yanlış təqdim olunduğunu vurğulayan baş nazir olayla bağlı açıqlama verdiyinə görə həmin ataya təşəkkür edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti