“Barselona”nın futbolçusu Yamalın ailəsi təhdid edilir

“Barselona”nın futbolçusu Yamalın ailəsi təhdid edilir
  21 Sentyabr 2024    Oxunub:306
“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın ailəsi naməlum şəxslər tərəfindən təhdidlər alır.
Bunu 17 yaşlı hücumçunun nənəsi Fatimə “Espejo Publico” nərinə məlumat verib. O qeyd edib ki, bir çox insan onların ailəsinə paxıllıq edir.

Xatırladaq ki, ötən ay Lamin Yamalın atası Munir Nazraui Kataloniyada bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Hadisə İspaniyanın Mataro şəhərində, Frenk Marşal küçəsində baş verib. Naməlum şəxslər Nazrauiyə bir neçə bıçaq zərbəsi vurublar. Yerli polisin istintaq idarəsi işi nəzarətə götürüb və hücumda şübhəli bilinən bir neçə nəfəri həbs edib.

AzVision.az


Teqlər:





Xəbər lenti