Ukrayna Avropada iki yeni konsulluq açacaq

Ukrayna Avropada iki yeni konsulluq açacaq
  21 Sentyabr 2024    Oxunub:307
Ukrayna Slovakiya və Rumıniyada bu ölkələrdə yaşayan və ya səfər edən ukraynalıların hüquq və maraqlarının müdafiəsini təmin edəcək yeni konsulluqlar açmağı planlaşdırır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu genişlənmə avropalı qonşularımızla əməkdaşlığın dərinləşdirilməsi üzrə daha geniş strategiyanın bir hissəsidir. Slovakiya və Rumıniya tərəfdaşları təkcə suverenlik uğrunda mübarizəsində Ukraynanı dəstəkləmir, həm də ölkəmizin müharibədən sonrakı bərpası prosesində fəal iştirak etməyə hazırdırlar", - deyə məlumatda bildirilir.

Nazirlik həmçinin ölkələrə Ukraynaya və onun Avropaya inteqrasiya istəklərinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.

AzVision.az



Teqlər:





Xəbər lenti