Ukrayna Rusiya ilə sərhəddə divar çəkir

Ukrayna Rusiya ilə sərhəddə divar çəkir
  13 Sentyabr 2014    Oxunub:1730
Ukrayna hökuməti Rusiya ilə sərhəddə divar tikintisi üçün 100 milyon qriven (7,7 milyon dollar) ayırıb.
AzVision.az-ın “İnterfax”-a istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.

O, vurğulayıb ki, bu divar tikintisi ilə əlaqədar büdcədən ayrılan ilk vəsaitdir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi sentyabrın 10-da Rusiya ilə sərhəddə “Divar” layihəsinin reallaşdırılmasına başladıqlarını açıqlayıb. Layihə çərçivəsində Ukrayna ilə sərhəddə 500 kilometr uzunluğunda divarın çəkilməsi nəzərdə tutur.

Ukrayna tərəfinin fikrincə, bu layihənin reallaşdırılmasından sonra Rusiyadan Ukraynaya keçən separatçıların və hərbi texnikanın qarşısı əhəmiyyətli dərəcədə azalacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti