Con Kerrinin heyəti ilə türklər arasında dava

Con Kerrinin heyəti ilə türklər arasında dava
  13 Sentyabr 2014    Oxunub:2143
Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Con Kerrini müşayiət edən heyət ilə Türkiyənin Baş Nazirliyinin mühafizəçiləri arasında skandal yaşanıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Con Kerri ilə nazirliyin binasında görüşüb.

Nazirliyin əsas qapısından içəri daxil olan Con Kerri, onu müşayiət edən Cen Psaki və köməkçilərindən sonra heyət üzvləri də həmin binadan içəri daxil olmaq istəyib.

Ancaq nazirliyin mühafizəçiləri amerikalılara müdaxilə edərək onların içəri daxil olmasına icazə verməyiblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti