Daha 26 hərbçi azad olundu

Daha 26 hərbçi azad olundu
  11 Sentyabr 2014    Oxunub:1293
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində əsir düşən daha 26 hərbçinin azad olunduğunu bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə Poroşenko “Twitter” səhifəsində yazıb.

“Elə indicə xəbər verdilər ki, Qorlovka 6, Donetskdə əsir düşən 20 hərbçi azad olunub” – deyə, Poroşenko qeyd edib.

Prezident hərbçilərin hansı şərtlə azad olunması barədə məlumat verməyib.

Qeyd edək ki, avqustun 5-də Minskdə imzalanan atəşkəs sazişindəki bəndlərdən birində əsirlərin dəyişdirilməsi nəzərdə tutulub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti