ABŞ İŞİD-ə qarşı hərəkətə keçdi

ABŞ İŞİD-ə qarşı hərəkətə keçdi
  11 Sentyabr 2014    Oxunub:1734
ABŞ prezidenti Barak Obama İraq və Şam İslam Dövlətinə (İŞİD) 475 hərbi müşavir göndərəcək.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Obama İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayarkən bildirib.

ABŞ hərbçiləri iraq ordusunun hazırlanmasına və İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyatların planlaşdırılmasına yardım edəcək.

ABŞ prezidenti daha əvvəl İraq hökuməti və İraq Kürdüstanının rəhbərliyinə 25 milyon dollar vəsaitin ayrılması barədə qərar da verib. Bu vəsaitin İraqda hərbçilərin hazırlanmasına xərclənəcyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Pentaqon İraqa 780 nəfər hərbi müşavirdən ibarət kontinget göndərmişdi. ABŞ hərbçiləri və texnikası Bağdad hava limanı və bir sıra digər müəssisələri qoruyur. Rəsmi Pentaqon iddia edir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşları və yerli əhalini qorumaq üçün atılıb

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti