Gülər Əhmədovanı kim əvəz edəcək?

Gülər Əhmədovanı kim əvəz edəcək?
  29 Yanvar 2013    Oxunub:2233
Fevral ayının 1-də Milli Məclisin yaz sessiyasının birinci iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, yaz sessiyasının birinci iclasının gündəliyinə daxil edilən 12 məsələdən biri parlamentin İntizam Komissiyasının tərkibinin yenidən təşkil edilməsi ilə bağlıdır. İntizam Komissiyasında fəaliyyət göstərmiş eks-deputat Gülər Əhmədovanın yerinə başqa deputat seçiləcək .

Modern.az bildirir ki, İntizam Komissiyasının sədri Siyavuş Novruzov, üzvləri isə Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Sədaqət Vəliyevadan ibarət təşkil olunub. MSK 34 saylı Xətai II seçki dairəsindən deputat seçilmiş G.Əhmədovanı məlum videoqalmaqalla bağlı mandatdan məhrum edib. Respublika Prokurorluğu videomaterialın araşdırılması üçün Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb. Hazırda sabiq deputat polis nəzarətinədir, istintaq gedir.


Teqlər:  





Xəbər lenti