Dəhşətli terror: 25 ölü, 30 yaralı

Dəhşətli terror: 25 ölü, 30 yaralı
  09 Sentyabr 2014    Oxunub:1325
Somalinin paytaxtı Moqadişoda Afrika Birliyinin Somali Komissiyasının avtomobil karvanına qarşı terror aktı keçirilib.
AzVision.az xəbər verir ki, ilkin məlumatlara görə, 25 nəfər terror aktı nəticəsində həlak olub, 30 nəfər isə yaralanıb.

Bildirilənlərə görə, terror aktı zamanı dinc sakinlər arasında da ölənlər olub. “Əş Şabab” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində “Əş Şabab” təşkilatının rəhbəri Əhməd Qudian öldürülüb. Bundan sonra təşkilat rəhbərlərinin qisasını alacağını bildirmişdi.

Emin


Teqlər:





Xəbər lenti