Obama Gülənə görə Ərdoğandan nə istədi?

Obama Gülənə görə Ərdoğandan nə istədi?
  07 Sentyabr 2014    Oxunub:2083
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüşə dair bəzi detalları açıqlayıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Obama ilə görüşündə Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsini müzakirə etdiyini bildirib.

Ərdoğan Gülənin ABŞ-dan qovulması ilə bağlı Obamanın “paralel dövlət”lə bağlı məlumat və sənədlər istədiyini qeyd edib.

Türkiyə prezidenti bu məsələ ilə bağlı iki ölkə arasında xüsusi xidmət orqanlarının və Xarici İşlər Nazirliklərinin qarşılıqlı əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.

Jurnalistlərin suallarını cavablandıran Ərdoğan Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı lazımı sənədlərin ABŞ-a veriləcəyini istisna etməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti