Putin Poroşenko ilə razılığa gəldi

Putin Poroşenko ilə razılığa gəldi
  07 Sentyabr 2014    Oxunub:1387
Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığında prezidentlər Ukraynanın şərqində gedən prosesləri müzakirə ediblər.

Münaqişə bölgəsində atəşkəs rejiminə əməl edilməsindən məmnunluq ifadə edən prezidentlər Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələsini də müzakirə ediblər.

Kremlin mətbuat xidmətindən bildiirlib ki, Putin və Poroşenko danışıqların davam etdirilməsinə dair razılığa gəliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti