Donetsk və Luqanska xüsusi status verildi

Donetsk və Luqanska xüsusi status verildi
  07 Sentyabr 2014    Oxunub:2187
ATƏT-in saytında Minsk görüşünün nəticəsi olan protokol dərc edilib. Protokola əsasən Donetsk və Luqansk bölgələri xüsusi status və növbədənkənar seçkilər üçün icazə alır.

Xüsusi statusu haqqında Qanun: "Hakimiyyətin mərkəzləşdirilməsini (desentralizasiyasını) və Ukraynada yeni qəbul ediləcək qanuna əsasən Donetsk və Lugansk regionlarının müəyyən ərazilərində yerli özünü idarəetmə hökumətinin müvəqqəti qurulmasını həyata keçirmək" - deyə xəbərdə yerləşdirilib.

Bundan əlavə protokola əsasən Kiyev Ukraynanın şərqində baş verən hadisələrdə bu və ya digər şəkildə əlaqəsi olan insanların təqib edilməyəcəyi barədə də razılığa gəlib.

Qeyd edək ki, ötən gün Minskdə Ukrayna, "DXR", "LXR", ATƏT və Rusiya 5 sentyabr saat 19:00-dan etibarən Ukraynada atəşin dayandırılmasını elan edən bəyanat imzalayıblar. Həmin gündən atəş səsləri tam dayanmasa da hər iki tərəfdə razılaşmanın bəndlərinin mərhələli şəkildə icrası həyata keçirilir.(ans)


Teqlər:





Xəbər lenti