Gürcüstan prezident seçkilərini tanımadı

Gürcüstan prezident seçkilərini tanımadı
  25 Avqust 2014    Oxunub:1733
Gürcüstanın xarici işlər naziri bazar günü tanınmamış Abxaziya respublikasında keçirilən prezident seçkisini “qeyri-qanuni” adlandırıb və beynəlxalq ictimaiyyəti bu seçkini pisləməyə çağırıb.
AzVision.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, Tbilisi bu seçkini ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulması hesab edir.

Tanınmamış Abxaziya respublikasında prezident seçkisinə namizədlər Aslan Bjaniya, Leonid Dzapshba, Mirab Kishmariya və Raul Khajimbadır. Onlar seçkidən öncə milli birliyə nail olunması üçün razılaşma imzalayıblar.

İyunda prezident Alexander Ankvab müxalifətin tələbiylə istefaya gedib. Müxalifət siyasi islahatlar, dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edirdi.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb. BMT-nin Baş Assambleyasının qətnamələri Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.


Teqlər:





Xəbər lenti