Sabahdan hava sərin olacaq

Avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.
Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.