Yaralı hərbçilərimizə baş çəkdilər - FOTOLAR

Yaralı hərbçilərimizə baş çəkdilər - FOTOLAR
  03 Avqust 2014    Oxunub:7974
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının üzvləri, eləcə də millət vəkili Məlahət İbrahimqızı Gəncə şəhərindəki hərbi hospitalda müalicə alan hərbçilərimizə baş çəkiblər.
Bu barədə AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralanan bütün hərbçilərimizin vəziyyəti yaxşıdır, onların heç birinin həyati təhlükəsi yoxdur:

`Gəncə şəhərində yerləşən hərbi hospitala baş çəkdik. Qəhrəman əsgərlərimizlə görüşdük. Ən azından təsəlli oldu.Yaralılarımıza lazımi tibbi yardımı göstərən həkimlərimizə təşəkkürümüzü bildiririk. 17 əsgərimizi qoruyan, ermənilərə ağır itki verən MƏHQ ( MAXE ) Əsgərov Elvinə və bütün yaralı əsgər, zabitlərimizə şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmayacaq ! Ali Baş Komandanımızın əmrini gözləyirik. Tezliklə Vətən torpaqlarında qələbəmizi qeyd etmək bizlərə nəsib olsun`,-deyə N.Həmzəyev əlavə edib.

Qalereya




Teqlər:  





Xəbər lenti