Azərbaycanda seçki başladı

Azərbaycanda seçki başladı
  03 Avqust 2014    Oxunub:2858
Bu gün Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkiləri üzrə səs verməyə başlayıblar.
AzVision.az xəbər verir ki, səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.

Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.

Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.

Bu gün prezident seçkiləri üzrə Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə yaşayan vətəndaşları səs verə biləcəklər.

İyulun 31-də Türkiyədə prezident seçkiləri çərçivəsində Türkiyənin Rusiya, Kanada, Avstraliya, Almaniya, ABŞ, Belçika, Niderland, İsrail, Fransa, İtaliya, Livan, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə yaşayan vətəndaşları səs veriblər.

Prezident seçkiləri zamanı səsvermədə 53 ölkədə yaşayan və ümumi sayı 2 790 408 nəfər olan Türkiyə vətəndaşları iştirak edə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.


Teqlər:  





Xəbər lenti