Yaralı hərbçilərin vəziyyəti necədir? - AÇIQLAMA

Yaralı hərbçilərin vəziyyəti necədir? - AÇIQLAMA
  03 Avqust 2014    Oxunub:14382
Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar hazırda hospitalda olan yaralıların heç birinin həyati təhlükəsi yoxdur.
AzVision.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov açıqlama verib.

Onun sözlərinə görə, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar:

"Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır.


Teqlər:





Xəbər lenti