Tramp: "İranla əlaqədar qərarı tezliklə verəcəyik"

      Tramp:    "İranla əlaqədar qərarı tezliklə verəcəyik"
  14 Aprel 2025    Oxunub:926
"Qərarımı tezliklə açıqlayacağam".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridadan Vaşinqtona qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərə müsahibəsində dilə gətirib. O, İranın nüvə proqramına dair rəsmi Vaşinqton və Tehran arasında aparılan yeni danışıqların cari vəziyyətindən danışıb.

Tramp hər hansı təfərrüat verməsə də, onun "qərar" dedikdə İrana qarşı mümkün hərbi əməliyyatı nəzərdə tutması istisna deyil.
ABŞ-İran danışıqlarının növbəti turunun yeri açıqlanıb

Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir. Növbəti mərhələnin isə bu şənbə günü İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti