Belarusa yeni baş nazir təyin olundu

Belarusa yeni baş nazir təyin olundu
  10 Mart 2025    Oxunub:845
Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib.
AzVision.az Belarusun “BelTA” agentliyinə istinadən xəbər verir ki, Aleksandr Turçin bu təyinata qədər Minsk vilayətinin rəhbəri olub.

Lukaşenko Belarusun keçmiş baş naziri Roman Qolovçenkonu isə Milli Bankın yeni rəhbəri təyin edib.

Xatırladaq ki, Belarusda son prezident seçkiləri yanvarın 26-da keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə hazırkı prezident Aleksandr Lukaşenko qalib gəlib. 1994-cü ildən Belarusda ən yüksək hökumət postunu tutan Lukaşenko üçün bu prezidentlik müddəti sayca yeddincisidir. Ölkə Konstitusiyasına uyğun olaraq, fevralın 3-də Belarus hökuməti istefaya göndərilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Belarus   Turçin   hökumət  





Xəbər lenti