Müflisləşmə ilə bağı təkliflər paketi hazırlanır

 Müflisləşmə ilə bağı təkliflər paketi hazırlanır
  12 Fevral 2025    Oxunub:289
Azərbaycanda müflisləşmə ilə bağı qanunvericilikdə sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazırlanır.
Bu barədə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında deyib.

O qeyd edib ki, hazırda əsas hədəf müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq səviyyəyə qaldırılmasıdır: “Bununla bağlı qanunvericilik sahəsində sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazırlanır. Bu, bilavasitə biznesin müflisləşməsi sahəsində inkişafa böyük təkan verəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti