Prezidentlərin təməlini qoyduğu zavoddan xəbər var

Nazirə və şirkət prezidentinə "Petkim"in fəaliyyəti, istehsalat göstəriciləri və son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar şirkətin Plastik Qablaşdırma Fabrikinin açılışında iştirak ediblər. Daha sonra onlar "Petkim"in ərazisində inşa olunan konteyner limanında işlərin gedişi ilə tanış olublar. Bildirilib ki, bu obyekt yaxın illərdə Türkiyənin ən böyük konteyner limanı olacaqdır. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və onları müşaiyət edən şəxslər "STAR" neft emalı zavodunun inşa edildiyi əraziyə də baş çəkiblər.
Burada onlara məlumat verilib ki, təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci ildə qoyulmuş "STAR" zavodunun tikintisi Türkiyədə həyata keçirilən ən böyük investisiya layihələrindən biridir. İllik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan bu zavod "Petkim"i xammal ilə təchiz edəcək, məhsullarının çox hissəsini Türkiyənin daxili bazarında reallaşdıracaq, bir hissəsini isə Aralıq dənizi və Cənubi Avropa bazarlarına ixrac edəcəkdir.
Zavodda ilk məhsulun 2017-ci ilin sonlarına alınması nəzərdə tutulur. "STAR" zavodu istismara buraxıldıqdan sonra SOCAR Türkiyənin üçüncü ən böyük müəssisəsi, enerji sektorunda isə birinci şirkəti olacaqdır.
Teqlər: