236 milyon qadın və azyaşlı qız aclıqla üzləşəcək

   236 milyon qadın və azyaşlı qız aclıqla üzləşəcək
  21 Noyabr 2024    Oxunub:252
2050-ci ilə qədər 236 milyon qadın və azyaşlı qız qida çatışmazlığı ilə üzləşəcək. 158 milyon qadının isə yoxsullaşacağı gözlənilir.
Bu barədə COP29-da BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri Сemima Njuki jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib. O, iqlim dəyişikliyinin qadınlara və azyaşlı qızlara qarşı zorakılıq hallarını artırdığını bildirib.

Сemima Njuki ailələrin aclıq çəkdiyini, qida ehtiyaclarının artdığını vurğulayıb, bununla əlaqədar olaraq erkən və məcburi nikahların artdığını, qadınların və qızların daha çox qida təhlükəsizliyi ilə qarşı-qarşıya qaldığını qeyd edib.

“Hazırda adaptasiya sahəsində yalnız 4 faiz, mitiqasiya sahəsində isə yalnız 2 faiz maliyyə gender bərabərliyinə yönəldilir. 2022-ci ildə 600 milyard dollar maliyyənin yalnız 20 milyard dolları gender bərabərliyinə ayrılıb”.

Cemima Njuki iqlim dəyişikliklərinin qadınlar və azyaşlı qızlar üzərində fərqli təsir yaratdığını nəzərə alaraq, bu qeyri-bərabərlikləri aradan qaldırmaq üçün maliyyə istiqamətinin dəyişməli olduğunu bildirib.

AzVision.az


Teqlər: COP29  





Xəbər lenti