MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.
Materialların qiymətləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 2024-cü il noyabrın 5-dək davam edəcək.
MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan ( https://media.gov.az/musabiqeler/media-ferdi-jurnalist-musabiqesi-2/ ) tanış ola bilərsiniz.
AzVision.az
Teqlər: