İsrail ordusu "Hizbullah"ın kəşfiyyat mərkəzinə zərbələr endirib

İsrail ordusu "Hizbullah"ın kəşfiyyat mərkəzinə zərbələr endirib
  19 Oktyabr 2024    Oxunub:873
İsrail ordusu Beyrut ətrafında "Hizbullah" hərəkatının kəşfiyyat komandanlıq mərkəzinə və silah anbarlarına zərbələr endirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Hərbi Hava Qüvvələri Beyrutda Hizbullah terrorçularının əsas qalası olan Dahiya bölgəsində Hizbullahın bir neçə silah anbarına və Hizbullah kəşfiyyatının komanda mərkəzinə zərbələr endirib", - deyə bildirilib.

Qeyd olunub ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb, o cümlədən ərazidə əhaliyə əvvəlcədən xəbərdarlıq edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti