Tarixdə ilk dəfə G7 ölkələrinin müdafiə nazirlərinin görüşü olub

Tarixdə ilk dəfə G7 ölkələrinin müdafiə nazirlərinin görüşü olub
  19 Oktyabr 2024    Oxunub:833
İtaliyanın “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində tarixdə ilk dəfə olaraq G7 formatında müdafiə nazirlərinin görüşü keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Neapol şəhərinin ev sahibliyi etdiyi görüşdə İtaliya, ABŞ, Almaniya, Fransa, Kanada, Böyük Britaniya və Yaponiyanın müdafiə nazirləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel iştirak ediblər.

Toplantıda qlobal səviyyədə müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə artan gərginlik, Afrikadakı qeyri-sabitlik və Hind-Sakit okean regionundakı mövcud vəziyyət müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti