Ərdoğan İsrailin Livana hücumunu pisləyib

Ərdoğan İsrailin Livana hücumunu pisləyib
  28 Sentyabr 2024    Oxunub:340
“İsrailin Qəzza və Ramallahda törətdiyi qorxunc siyasətini Livana və regionun digər ölkələrinə yaymaq cəhdlərinə son qoyulmalıdır”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qlobal sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək vəzifəsi olan bütün strukturları və insan haqları təşkilatlarını, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili hərəkətə keçməyə çağırıb:

“Hesab edirik ki, İslam dünyası bu hücumlara qarşı daha qətiyyətli mövqe tutmalıdır. Türkiyə olaraq bu çətin günlərdə Livan xalqının və hökumətinin yanında olmağa davam edəcəyik. Bir daha İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyir, hücumlarda həyatını itirən bütün Livanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - deyə ölkə başçısının X hesabındaki paylaşımında vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti