Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb
  28 Sentyabr 2024    Oxunub:762
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğının qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti