Sabahın havası: 34 dərəcə isti olacaq

Sabahın havası:  34 dərəcə isti olacaq
  14 İyul 2014    Oxunub:918
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, iyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir.

İyulun 16-17-də isə zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında gözlənilən isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.



Teqlər:  





Xəbər lenti