Sabahın havası dəyişkən olacaq

      Sabahın havası    dəyişkən olacaq
  22 Sentyabr 2024    Oxunub:405
Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulması gözlənilsə də, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz isə 23-27° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçməsi gözlənilir, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağışlar və şimşək çaxması ehtimalı var.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda isə gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti