Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə fikir mübadiləsi aparan Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva və üzvü Rasim Musabəyov Eduard Şevardnadzeni bütün dünyada tanınan bir tarixi şəxsiyyət kimi xarakterizə edib, onun vəfatı münasibəti ilə dost gürcü xalqına başsağlığı diləklərini çatdırıb.
Səfir hər iki deputata təşəkkür edib.